Alimlər 240 milyon illik heyrətamiz “əjdaha” fosili tapıblar
Bakı, 24 fevral, AZƏRTAC
Alimlər Çində qədim dəniz əjdahasının heyrətamiz qalıqlarını aşkar ediblər.
AZƏRTAC “Live science” saytına istinadla xəbər verir ki, 240 milyon illik fosil “Çin əjdahası” adlandırılan heyvana aiddir. Trias dövründə (eramızdan 252 milyon - 201 milyon il əvvəl) dayaz sularda yaşayan bu sürünən “Dinocephalosaurus orientalis” növünə aiddir.
Yeni tapıntı haqqında araşdırmaların nəticələri “Transactions of the Royal Society of Edinburgh” jurnalında dərc olunub. Fosil qədim dəniz “əjdahasına” dair bəzi detalları ortaya çıxarıb. Uzunluğu təxminən 2,3 metr olan qədim sürünənin boynu 32 fəqərədən ibarətdir.
“Ümid edirik ki, gələcək tədqiqatlar bu heyvan qrupunun təkamülü, xüsusən də uzun boynunu necə hərəkət etdirməsi haqqında daha çox məlumatlar verəcək”, - deyə araşdırmanın müəllifi, Ştutqart Dövlət Təbiət Tarixi Muzeyinin tədqiqatçısı Stephan Spiekman bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]