“ALMANİYA - AZƏRBAYCAN ƏDƏBİ-MƏDƏNİ VƏ TARİXİ ƏLAQƏLƏRİ” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Çıxış edənlər Azərbaycan-Almaniya dostluq münasibətlərindən, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətindən və əhəmiyyətindən danışmış, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar.
Qeyd olunmuşdur ki, Almaniya-Azərbaycan əlaqələri qədim tarixə malikdir. Hələ 1819-cu ildə alman kolonistləri Azərbaycana gəlmiş və Xanlar rayonunda Yelenendorf şəhərini salmışlar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra burada yaşayan almanlar ölkənin mədəni və ictimai-siyasi həyatında fəal iştirak etmişlər.
Tədbirdə “Sumqayıt şəhərinin Almaniya Respublikası ilə mədəni əlaqələr tarixi haqqında”, “Alman-Azərbaycan əlaqələri”, Alman alimlərinin “Azərbaycan haqqında fikir və araşdırmaları” mövzularında məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]