Almaniyada ictimai nəqliyyat işçiləri birgünlük tətil ediblər
Berlin, 2 fevral, AZƏRTAC
Almaniyada Xidmət İşçiləri Həmkarlar İttifaqının (Ver.di) birgünlük xəbərdarlıq tətili ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, tətil gecə saat 03:00-dan başlayaraq Aşağı Saksoniya əyaləti istisna olmaqla ölkənin bütün bölgələrini əhatə edib, avtobus, tramvay və metro reysləri ləğv olunub. “Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkətinə məxsus şəhərətrafı və qısaməsafəli qatarlar adi qrafiklə fəaliyyətini davam etdirib.
“Ver.di” həmkarlar ittifaqı iş saatlarının azaldılması, növbələrin qısaldılması, istirahət fasilələrinin uzadılması, gecə və həftəsonu işlərinə görə əlavə ödənişlərin artırılmasını tələb edir. Tətil xüsusilə həftənin ilk iş günündə, bəzi əyalətlərdə əlverişsiz hava şəraiti fonunda milyonlarla insanın işə və məktəbə getməsində ciddi çətinliklər yaradıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]