Almaniyada meşə yanğınları davam edir
Berlin, 4 iyul, AZƏRTAC
Almaniyanın bir sıra bölgələrini meşə yanğınları bürüyüb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ölkənin Saksoniya və Türingiya əyalətlərindəki yanğınlarla bağlı vəziyyət kritik olaraq qalır. Saksoniyada yanğın küləyin təsiri ilə sürətlə yayılaraq min hektar ərazini əhatə edib. Türingiyada hələ də yanğını nəzarət altına almaq mümkün olmayıb. Qohrişhayde və Zaalfelder Höhe bölgələrində yanğınların qarşısının alınmasına mindən çox yanğınsöndürən cəlb olunub. Zaalfelder Höhe bölgəsindəki yanğının son 30 ildə burada qeydə alınan ən ciddi meşə yanğını olduğu bildirilir.
Yınğınsöndürmə işlərinə Silahlı Qüvvələrə və Federal Polisə məxsus helikopterlər və zirehli texnika, eləcə də fermerlərə aid traktorlar cəlb olunub. Türingiyaya Bavariyadan da əlavə yardım qüvvələri göndərilib.
Bavariya və Meklenburq-Ön Pomeraniya əyalətlərində kiçikmiqyaslı yanğınlar baş versə də, onların qarşısı dərhal alınıb.
Almaniya Hava Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisinin böyük hissəsində orta və yüksəksəviyyəli meşə yanğınları təhlükəsi mövcuddur. Növbəti həftənin əvvəllərində isə Almaniyada yağışların yağacağı proqnozlaşdırılır ki, bunun da yanğınların qarşısının alınmasına kömək edəcəyi düşünülür.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]