Almaniyada səhiyyə sektorunun yükü artıb
Berlin, 21 dekabr, AZƏRTAC
Xəstəliyə görə bülletendə olan almanların sayı son 3 ildə ən yüksək həddə çatıb.
AZƏRTAC xəbər verir ki, hazırda Almaniyada 9,5 milyon nəfər xəstə var. Bu, əvvəlki illərlə müqayisədə hətta qripin güclü yayıldığı dövrlərdə olduğundan xeyli çoxdur.
Bir ay bundan əvvəl xəstəliyə görə bülleten götürən almanlar əsasən respirator infeksiyalarına yoluxmuş olurdu. Ötən ilin noyabr ayı ilə müqayisədə respirator infeksiyalarının sayı təqribən 33 faiz, qrip və koronavirusa yoluxmalar isə 2 dəfə çoxalıb.
Hazırda həkimlərə ən çox müraciət edənlər Meklenburq-Ön Pomeraniya (hər 100 min sakinə 4000 xəstə) əyalətindədir. Sonrakı yerləri Berlin və Brandenburq (hər 100 min sakinə 2800), habelə Bavariya (hər 100 min sakinə 2600) tutur. Həkimə ən az müraciət edənlər isə Saksoniya-Anhalt əyalətində qeydə alınıb (1900). Sonrakı yerləri şimal əyalətləri Şlezviq-Qoldşteyn-Hamburq (2100) tutur.
Tibb işçiləri özləri də “geri qalmır”. Əməkdaşların 10 faizdən çoxu bülletendədir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]