Almaniyada silahlı insident olub, ölən və yaralanan var
Berlin, 22 avqust, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Menden şəhərində silahlı insident baş verib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər güllə yarası alıb. Onlardan biri həlak olub. Digər şəxs isə təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb. Həmin şəxsin Türkiyə əsilli olduğu bildirilir.
Silahlı hücumu törədən şəxs hadisə yerindən qaçıb. Faktla əlaqədar istintaq qrupu yaradılıb və hücumu törədən şəxsin axtarışları davam etdirilir.
Xatırladaq ki, ötən gün Saarland əyalətinin Völklingen şəhərində yanacaqdoldurma məntəqəsinə silahlı basqın edən şəxs onu saxlamağa çalışan polis əməkdaşlarından birini qətlə yetirmişdi. Həmin hadisəni törədən şəxs yaralı halda saxlanılmışdı.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]