Almaniyalı müşahidəçi: “Seçki prosesində hər hansı qanun pozuntusu ilə rastlaşmamışam” VİDEO
Quba, 1noyabr, Elxan Yusifli, AZƏRTAC
İndiyədək 3 seçki məntəqəsində müşahidə aparmışıq. Bu məntəqələrdə gördüklərimizdən məmnunuq.
Bunu 52 saylı Quba seçki dairəsinin Qırmızı Qəsəbədə yerləşən 15 saylı məntəqəsində seçki prosesini izləyən almaniyalı müşahidəçi xanım Gabriela Habsburq jurnalistlərə açıqlamasında söyləyib.
Gabriela Habsburq Azərbaycanda seçkiləri bir neçə dəfə müşahidə etdiyini diqqətə çatdıraraq deyib: “Azərbaycan xalqı çox qonaqpərvərdir. Bizi hər yerdə mehribanlıqla qarşılayırlar. Bura məmnuniyyətlə gəldim. Quba Azərbaycanda ən çox sevdiyim rayonlardan biridir və burada olmaq mənim üçün xoşdur.”
Almaniyadan olan müşahidəçi Gabriela Habsburq Qusar rayonundakı məntəqələrdə də seçki prosesini izləyib.