Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanı kəşf edərkən: Münster tələbə və böyük sənətlər şəhəridir

Bakı, 31 oktyabr, Emil Eyyubov, AZƏRTAC

Əhalisi 300 min nəfər olan Münster 1,5 milyon insanın yaşadığı Münsterlend regionunun inzibati mərkəzidir. Almaniyanın ən böyük universitetlərindən birinin yerləşdiyi Münster ölkədə və dünyada haqlı olaraq həm “gənclər şəhəri”, həm də velisopedçilər üçün ən əlverişli şəhər hesab edilir. B şəhər bizi gənclik eşqi, yaşlılara ehtiram, ənənələrin nəsildən-nəslə ötürülməsi ilə heyrətləndirdi. Belə ki, burada indiyədək şəhər kilsəsinin qülləsində hər axşam şeypur çalınır və bürgerlərə gün ərzindəki vəziyyət barədə məlumat verilir. Bizə şeypurçu ilə görüşmək də nəsib oldu: sən demə o, xoşsifət bir qız imiş.

Velosipedlər, heykəllər və Vestfaliya sülhü

Almaniyanın Münster şəhəri Niderland sərhədinin yaxınlığında Şimali Reyn-Vestfaliya torpağında yerləşir. Bəlkə ona görə də burada velosipedçilərin sayı çoxdur, yəni qonşuların təsiri hiss edilir. Şəhərin hər sakininə azı bir velosiped düşür. Hər yerdə xüsusi velosiped dayanacaqlarını və ümumi uzunluğu 290 kilometrə çatan velosiped yollarını görmək mümkündür. Özü də velosipedçilərin avtomobil sürücülərindən və hətta piyadalardan daha çox imtiyazlı statusu var. Gəzərkən səki ilə paralel olan velosiped xəttinə keçməmək üçün ehtiyatlı olmaq lazımdır.

Biz Münsterə Münxendən gəldik. Onların arasındakı məsafə 600 kilometrdən çoxdur. Əgər sizin “German Pass” qatarına abonementiniz varsa, onda heç bir məsafə qorxulu deyil. O, nə tarixə, nə vaxta bağlı deyil. Sadəcə, vağzala gəlin, qatara əyləşin, ölkə və Avropa üzrə istənilən istiqamətdə gedin. Bu bileti indi Bakıda da - Avropada dəmir yolu daşımalarını idarə edən “Rail Europe”nin satışlar üzrə baş agentinin - “SI Travel” şirkətinin ofisində almaq mümkündür.

Münsterin baş vağzalından çıxıb, yaxınlıqdakı otelə gedərək əşyalarımızı qoyduq və ləngimədən şəhərin tarixi mərkəzi ilə tanışlığa başladıq.

Yolda biz qarşısında insanların toplaşdıqları avanqard instalyasiya gördük. Məlum oldu ki, bu, Münsterdə 1977-ci ildən bəri on ildə bir dəfə keçirilən “Heykəltəraşlıq layihələri” festivalının eksponatıdır. Festival 2007-ci ildə olduğu kimi, bu il də dünyanın hər yerindən rəssam və heykəltəraşları toplayıb ki, onlar “hamı üçün” müasir incəsənətə öz baxışlarını əks etdirsinlər. Festival üçün meydança kimi qalereya və sərgi salonları deyil, şəhərin parkları və küçələri seçilib. Ən maraqlı əsərlər burada qalır və şəhər landşaftının daimi hissəsinə çevrilir. Münsterin müxtəlif guşələrini bəzəyən 60-dan çox heykəl və instalyasiya əvvəlki festivallardan qalıb.

Başdan-başa yaşıllığa bürünən Münster üç dəfə “Avropanın ən ekoloji şəhəri” adını alıb. Şəhərin bütün mərkəzi hissəsi iki cərgə əkilmiş qocaman cökə ağaclarından ibarət kölgəli xiyabanla əhatə olunub, onların yanından isə piyada və velosiped yolu uzanır. Xiyaban, vaxtilə şəhər divarlarının ucaldıldığı yerdə salınıb. Beləliklə, xiyabanda gəzərək köhnə şəhərdə dövrə vurmaq və çıxış nöqtəsinə qayıtmaq olar.

Münsterin tarixi 1200 ildən çox əvvələ gedib çıxır, şəhərin adı monastır (latınca “monasterium”) sözündən götürülüb. Patrisilərin orta əsr evləri və səciyyəvi tağ sırasından ibarət Prinsipalmarkt meydanı köhnə şəhərin mərkəzidir. Qədim fənərlərlə bəzədilmiş çoxsaylı tağlar meydana bənzərsiz görünüş verir.

İkinci Dünya müharibəsi illərində Münsterin bombardman zamanı dağıdılan tarixi hissəsi sonra tədricən şəhər sakinləri tərəfindən bərpa edilib. Şəhərin əsas görməli yerlərindən biri də tarixi ratuşadır. Burada 1648-ci ildə Avropada Otuzillik müharibəyə son qoyan Vestfaliya sülh müqaviləsi imzalanıb.

XV əsrin ortalarında tikilmiş bu qotik tağabənzər bina keçən əsrin 50-ci illərində orijinal plan əsasında bərpa edilib. Bu gün ratuşa zallarından birində Vestfaliya müqaviləsinə həsr edilən ekspozisiya yerləşir. Hər il payızda burada “Sülhü dəstək dialoqları” keçirilir. Beləliklə, Münster “sülh şəhəri” kimi ənənəni davam etdirməyin və öz reputasiyasını möhkəmləndirməyin zəruriliyini xatırladır.

Qüllə gözətçisi və 50 mindən çox tələbə

Münsterin tarixi hissəsinin görməli məkanları sırasında 1375-1450-ci illərdə tikilmiş Müqəddəs Lambert kilsəsi xüsusi yer tutur. Onun qülləsində indiyədək üç dəmir qəfəs asılır. Bu qəfəslərdə XVI əsrin ortalarında anabaptistlər (Reformasiya dövrünün dini hərəkatı) üsyanının yatırılmasından sonra onların edam edilmiş üç başçısının cəsədi saxlanılırdı. Məhz bu qüllədə indiyədək kilsə gözətçisi yaşayır, onun vəzifəsi çərşənbə axşamından başqa hər gün şeypur çalmaqdır. Qüllə tamaşaçılar üçün bağlıdır. Lakin jurnalist olduğumuz üçün bizə qüllə nəzarətçisi ilə eksklüziv görüş təşkil edildi. Tarixən bu vəzifədə kişilər olub, lakin 2014-cü ildə bu məsuliyyətli iş ilk dəfə olaraq qadına tapşırılıb. Münster Turizm Ofisinin əməkdaşı Martye Salye bizi qüllənin girişində qarşıladı. Demək olar ki, hər gün axşam o, 300 dik pilləkəni çıxaraq qülləyə qalxır və saat 21:00-dan gecəyarısınadək hər 30 dəqiqədən bir tunc şeypuru çalır. Şəhərin hər tərəfinin göründüyü bu yerdən qədim zamanlarda gözətçi şeypur çalmaqla yanğın və digər fəlakətlər barədə xəbər verərmiş. Bu gün bu vəzifə ənənələri qorumaq naminə saxlanılır və rəmzi xarakter daşıyır. Lakin postuna keçən və 75 metr hündürlükdən ətrafa göz qoyan gözətçi qız, həqiqətən, yanğından mühafizə xidmətinə zəng edir və Münsterdəki vəziyyət barədə məlumat verir. Onun sərəncamında qüllənin yuxarısında yerləşən, içərisində mebel, kitablar, radio və rahatlıq üçün digər şəraiti olan xudmani otaq var. Martyenin dediyinə görə, biz qülləyə qalxan ilk azərbaycanlı qonağıq. Bizdən təəssüratımızı rəy kitabına yazmağı xahiş etdilər və biz buna məmnuniyyətlə razılaşdıq.

Ənənələrə həssaslıqla yanaşan Münster sakinləri, eyni zamanda, novator tendensiyaları alqışlayırlar. Başqa nə cür ola bilər, axı, şəhərin təravətli gənclik nəbzinin sirri keçmişdə deyil, indiki vaxtdadır. Münster qabaqcıl elmin mütərəqqi ideyalarını inkişaf etdirən universitet şəhəridir. Ümumilikdə şəhərin ali təhsil müəssisələrində 50 mindən çox tələbə təhsil alır ki, Almaniyanın heç bir böyük şəhərində bu qədər tələbə yoxdur. Münsterdə əsası 1780-ci ildə qoyulmuş Vestfaliya universiteti ölkənin ən böyük ali təhsil ocaqlarından biridir. Burada, həmçinin Almaniyanın ən böyük peşə məktəbi - Münster Ali Peşə Məktəbi və digər yeddi ali məktəb yerləşir. Dünyanın müxtəlif ölkələrindən tələbələrin təhsil aldıqları şəhərdə ixtisas seçimi də müxtəlifdir. Çoxdan bəridir burada intensiv inkişaf edən fənlərə nanobiotexnologiyalar, xəstəliklərin profilaktikası və tibbi texnika kimi aparıcı sahələr əlavə edilib. Bir sözlə, almanların “Gözəllər arasında ağıllı” zərb-məsəlini Münsterə tam tətbiq etmək olar.

Münsterin muzeyləri və mağazaları

Münsterdə 30-dan çox tematik muzey fəaliyyət göstərir. Onların arasında ən orijinalı “Lak sənəti muzeyi”dir. Burada Şərqi Asiya rəssamlığının lakla çəkilmiş zərif əsərləri, Hindistan və İranın İslam sənətinin lak miniatürləri, habelə barokko və rokoko dövründə avropalı ustaların lakla ərsəyə gətirdikləri nəfis işlər nümayiş etdirilir. Populyar elmlərin həvəskarları isə Vestfaliya-Lippe regionunun Təbiətşünaslıq Muzeyindən zövq ala bilərlər. Maraqlıdır ki, böyük muzey planetariyasının rəqəmsal proyektorları dünyada ən yüksək təsvir qabiliyyətinə malikdir. Pablo Pikassonun Rəssamlıq Muzeyinə də getməyinə dəyər. Muzey Köniqştrasse küçəsində, qədim zadəgan sarayı binasında yerləşir. Bu, rəssamın qrafik işlərinin ilk və yeganə muzeyidir. Daimi ekspozisiya ilə yanaşı, burada Pikassonin, habelə onun müasirlərinin yaradıcılığına həsr edilən çoxsaylı sərgilər keçirilir.

Aazee gölü şəhər əhalisinin sevimli istirahət yeridir. Orada gəzmək, idmanın qaçış və su növləri ilə məşğul olmaq mümkündür. Buraya gələnləri gölün şimal sahilində bir neçə görməli yer cəlb edir. Onlardan biri “Allwetterzoo” (istənilən havada zoopark) adlandırılan zooparkdır. Bura 300 müxtəlif növdən olan 3 min heyvanın sığınacaq məkanıdır.

Gölün qarşısında maraqlı muzeylər var. Məsələn, Vestfaliya at muzeyinin ekspozisiyası Münster və region atçılığının zəngin ənənəsindən danışır. Həmçinin açıq səma altında yerləşən “Mülenxof” muzeyini qeyd etmək olar. Orada siz ötən əsrlər Münsterlendinin səciyyəvi kənd həyatı ilə yaxından tanış ola bilərsiniz, məsələn, bu region üçün ənənəvi olan yel dəyirmanına, içi su ilə dolu xəndəklə əhatə edilmiş 1720-ci ilə aid karvansaraya və ya kənd mağazasına gedə bilərsiniz.

Münsterdə ildə üç dəfə - mart, iyun və oktyabr aylarında şəhər qəsrinin qarşısında “Send” xalq gəzintiləri keçirilir. Bu tədbir vaxtı qəsrin qarşısındakı meydan yelləncəklər, attraksionlar, habelə ərzaq və suvenir tacirlərinin çadırları və digər yarmarka atributlarının olduğu böyük yarmarkaya çevrilir. Xalq gəzintiləri böyük atəşfəşanlıqla yekunlaşır.

Nəhayət, Münsteri tərk edərkən şəhərin müqəddəs Pavel kilsəsinin divarları qarşısında çərşənbə və cümə günlərində keçirilən həftə bazarına getməyi unutmayın. Buradan ekoloji cəhətdən təmiz ənənəvi fermer məhsulları - pendir, tərəvəz, balıq, çörək məmulatları almaq olar. Onlar yerli kəndli təsərrüfatları ilə yanaşı, həm də qonşu ölkələrdən gətirilən məhsullardır.

Daha ənənəvi şopinq üçün Prinsipalmarkt meydanı ərazisinə, habelə Salts və Lüdqeriştrasse (Münster passajı) küçələri ətrafındakı keçidlərə getmək olar. Eksklüziv geyim, dəbli aksesuarlar, zərgərlik məmulatlarının butikləri və əntiq mağazaları burada geniş istehlakçı diapazonu brendlərinin təqdim edildiyi ticarət mərkəzləri ilə yanaşı fəaliyyət göstərir.

Mağazaları gəzdikdən sonra çoxsaylı küçə kafelərinin birində əyləşərək şəhər həyatının mənzərəsindən zövq almaq olar. Münsterə səfər barədə qısa videosüjeti “Pulsuz tur” müəllif kanalında izləmək mümkündür.

Münsterdə vaxtı bölmək və Münsterlendin mənzərəli regionunun şəhərlərindən birinə baş çəkmək olar. Biz bunun üçün Varendorf şəhərini seçdik. Bu şəhər Münsterin təxminən 30 kilometrliyində yerləşir. Varendorf meşələri və gölləri olan gözəl təbiət qoynunda yerləşir və Almaniyada atçılıq mərkəzi kimi məşhurdur. Bu barədə növbəti reportajımızda söz açacağıq.

Fotolar E.İbrahimin və “Münster Marketing”indir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub