Almaniyanın Bilefeld şəhərində silahlı hücum olub, xəsarət alanlar var
Berlin, 27 fevral, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bilefeld şəhərində məhkəmə binasının qarşısında silahlı hücum törədilib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, naməlum şəxs boksçu Besar Nimaninin qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesinin başa çatmasından sonra binadan çıxan insanlara odlu silahdan bir neçə dəfə atəş açıb. Sonra həmin şəxs avtomobillə hadisə yerindən uzaqlaşıb.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar arasında təqsirləndirilən şəxslərdən birinin atasının və qardaşının da olduğu bildirilir. Hücumla əlaqədar hadisə yerinə polis və xüsusi təyinatlı qüvvələr, helikopter cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb.
Qeyd edək ki, Hüseyn Akkurt və Ayman Davud Kirit adlı iki şəxs ötən ilin martında Bielefeld şəhərinin mərkəzində boksçu Besar Nimanini odlu silahla qətlə yetirməkdə ittiham olunurlar.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]
Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb
- 30.09.2026 [05:09]
“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]