Almaniyanın şimalında atışma zamanı beş nəfər həlak olub
Bakı, 29 iyun, AZƏRTAC
Almaniyanın şimalındakı Ştade şəhərində atışma zamanı beş nəfər həlak olub. Hadisə ilə əlaqəli olduğunda şübhəli bilinən iki nəfər saxlanılıb, onlardan birinin atəş açan şəxs olduğu ehtimal edilir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, cinayətin motivi hələ müəyyən edilməyib. Polisin məlumatına görə, bütün qurbanlar yetkinlik yaşına çatmış şəxslər olub. Zərərçəkənlərin sayı ilə əlaqədar məlumat dəqiqləşdirilir. Hüquq-mühafizə orqanları hazırda başqa şübhəlilərin axtarılmadığını bildirib. Saxlanılan ikinci şəxsin rolu hələ də araşdırılır. Polis hadisədən sonra sakinləri hadisənin baş verdiyi ərazidən uzaq durmağa çağırıb. Yerli media bundan əvvəl atışmanın Hamburqun qərbində yerləşən Stade şəhərindəki gənclər mərkəzinin yaxınlığında baş verdiyini bildirsə də, polis bu məlumatı təsdiqləməyib və istintaqın əlavə təfərrüatlarını açıqlamaqdan imtina edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]