Almatıda karantin tədbirləri gücləndirilib
Nur-Sultan, 15 iyun, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasının artması səbəbindən karantin tədbirləri gücləndirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin ticarət və əyləncə mərkəzləri, iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Dövlət qurumları, milli şirkətlərin filialları və bank işçilərinin 50 faizi məsafədən çalışacaq. Dövlət xidmət mərkəzlərinin işi onlayn formata keçirilib.
Almatıda bu günədək 3 min 113 nəfər koronavirusa yoluxub, 2 min 56 xəstə sağalıb, 10 nəfər dünyasını dəyişib.
Son məlumata görə, pandemiya dövründə ölkədə 14 min 809 yoluxma faktı qeydə alınıb, 9376 xəstə sağalıb, 77 nəfər vəfat edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]