Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ açıq birinciliyi başlayıb
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Alpaqut Federasiyasının (AAF) təşkilatçılığı, Laçın Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə alpaqut Turan döyüş sənəti üzrə Qarabağ regional açıq birinciliyi start götürüb.
AAF-ın vitse-prezidenti Rafiq Qasımovun AZƏRTAC-a verdiyi məlumata görə, Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində keçirilən açıq birincilikdə Qarabağ regional nümayəndəliyinə daxil olan Ağdam, Ağcabədi, Kəlbəcər, Laçın və Zərdab rayon filiallarını təmsil edən 100-dən çox idmançı gücünü sınayır.
Yarış alpaqut Turan döyüş sənətinin aypara, batur, caymaz və qurşaq sistemləri üzrə keçirilir.
Yekunda qaliblərə medal və diplomlar təqdim ediləcək.