Alvaro Morata İspaniyaya qayıdır
Bakı, 21 yanvar, AZƏRTAC
İngiltərənin “Çelsi” futbol klubunun ispaniyalı hücumçusu Alvaro Morata karyerasını vətənində davam etdirəcək.
AZƏRTAC “Cadena Cope” saytına istinadla xəbər verir ki, cari mövsümdə əsas heyətdə az oyun keçirən 27 yaşlı hücumçu icarə əsasında “Atletiko Madrid” klubunda çıxış edəcək. Artıq tərəflər keçidlə bağlı razılıq əldə ediblər. Transferin yaxın günlərdə elan olunacağı gözlənilir.
“Çelsi” klubu isə İtaliyanın “Yuventus” komandasına məxsus Qonsalo İquaini icarəyə götürmək üçün danışıqlar aparır.
Qeyd edək ki, Morata cari mövsümdə İngiltərə çempionatında 16 oyunda 5 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]
Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]