Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-da akademik Mikayıl Useynovun 120 illiyinə həsr olunan elmi sessiya keçirilib

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də AMEA-da Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli memar, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, SSRİ Xalq memarı, Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərindən biri olan akademik Mikayıl Useynovun 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri qoyub, onların xatirələrini ehtiramla anıblar.

Daha sonra iştirakçılar foyedə Mikayıl Useynovun yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq görkəmli memar Mikayıl Useynovun zəngin yaradıcılığından, elmi-təşkilati fəaliyyətindən və Azərbaycanın milli memarlıq sənətinə verdiyi əvəzsiz töhfələrdən danışıb.

Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 18 mart 2025-ci il tarixində “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını vurğulayaraq, həmin qərarın işığında AMEA-da yubiley tədbirlərinə start verildiyini bildirib. O, Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərindən biri olan akademik Mikayıl Useynovun 120 illiyinə həsr olunmuş elmi sessiyanın da AMEA-nın 80 illik yubileyi çərçivəsində əhəmiyyətli tədbirlərdən olduğunu qeyd edib: “Akademik Mikayıl Useynov AMEA-nın əsasını qoyan görkəmli şəxsiyyətlərdən biri, akademiyanın sənətşünaslıq və memarlıq elmi istiqamətlərinin ilk görkəmli yaradıcısı və bu elm ocağının sonrakı inkişaf mərhələlərində böyük rol oynamış alimdir”.

AMEA rəhbəri bildirib ki, akademik Mikayıl Useynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradıb. O, Azərbaycan memarlıq tarixinə yeni bənzərsiz üslub gətirib. AMEA-nın yerləşdiyi binanın da müəllifi olduğu Mikayıl Useynov 200-dən çox layihə yaradıb və bunların hamısı çox peşəkarcasına, yüksək səviyyədə həyata keçirilib. Görkəmli memarın layihələri əsasında Bakı, Gəncə, Naxçıvan, Şəki, eləcə də Düşənbə, Moskva və digər şəhərlərdə mədəni-məişət binaları tikilib.

AMEA prezidenti Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan akademik Mikayıl Useynovun yüksəkixtisaslı kadrların hazırlanması istiqamətindəki xidmətlərindən də danışıb. Qeyd edib ki, alim Azərbaycanda memarlığın inkişafına və milli memarlıq elminin kadr potensialının formalaşdırılması işinə dəyərli töhfələr verib.

O, akademik Mikayıl Useynovun tarixi memarlıq abidələrinin Azərbaycan memarlıq sənətinin əbədi nümunələrindən sayıldığını və əsrlər boyu daim yaşayacağını bildirib: “Mikayıl Useynov 50-ci illərdən sonra müəllifi olduğu əsərlərində klassik üslubu ənənələrə sadiq qalmaqla inkişaf etdirib, onları Azərbaycan reallığına, müasir dövrün çağırışlarına uyğunlaşdıraraq mühüm nailiyyətlərə imza atıb. Onun tanınmış memar Sadıq Dadaşovla fikir-ideya birliyi əsasında yaratdığı əsərlər Azərbaycan milli memarlığının ən parlaq səhifəsi hesab olunur. Möhtəşəm əsərlərin yaranmasında qısa ömür yaşamış Sadıq Dadaşovun da xidmətləri və əməyi danılmazdır”.

Çıxışının sonunda akademik İsa Həbibbəyli ölkəmizin memarlıq sənətinin təbliği və memarlıq elminin inkişafı baxımından tədbirin önəmini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək Mikayıl Useynovu həqiqi alim, sadə insan və görkəmli memar kimi xarakterizə edib. O, XX əsr Azərbaycan memarlıq məktəbinin qüdrətli nümayəndəsi Mikayıl Useynovun zəngin memarlıq və dövlətçilik ənənələrini saxlamaqla müasir üslubda memarlıq kompleksləri yaratdığını bildirib. Görkəmli memarın yaradıcılığında sovet dövrü Azərbaycan memarlığı tarixinin əks olunduğunu diqqətə çatdırıb.

Professor Gülçöhrə Məmmədova Mikayıl Useynovun elmi fəaliyyətinə nəzər salaraq alimin həmmüəllifi olduğu “Azərbaycan memarlığı tarixi” kitabının Azərbaycan memarlıq tarixinin ən böyük və fundamental əsəri olduğunu vurğulayıb.

AzMİU-nun Memarlıq fakültəsinin binasının da Mikayıl Useynovun layihəsi əsasında tikildiyini söyləyən rektor qeyd edib ki, tarixi Azərbaycan memarlığından gələn nümunələr əsasında inşa edilən bu bina Azərbaycan paytaxtını bu gün də bəzəməkdədir. O, görkəmli alimin elmi irsinin gənc memarlar üçün böyük tədqiqat mövzusu olduğunu bildirib.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə çıxışında görkəmli memar Mikayıl Useynovla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan memarlıq sənətində parlaq iz buraxdığını söyləyib. “Memarlıq tarixçisi Mikayıl Useynov memarlıq və nəzəri əsərlərini Sadıq Dadaşovla birgə yaradıb”, - deyən Elbay Qasımzadə ustad sənətkarların yaradıcılığını müqayisə edib, onların birgə çalışdığı dövrü “milli romantizm dövrü“ adlandırıb. Qeyd edib ki, akademik Mikayıl Useynovun Sadıq Dadaşovun vəfatından sonra yaradıcılığı xeyli dəyişib və onun ilk yalnız ərsəyə gətirdiyi layihə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası olub.

Akademik Mikayıl Useynovu müasir Azərbaycan memarlığının dayaqlarından biri kimi xarakterizə edən Elbay Qasımzadə onun SSRİ məkanında memar ixtisaslı yeganə Sosialist Əməyi Qəhrəmanı adı alan şəxs olduğunu bildirib. O, Mikayıl Useynovun siyasi-ictimai fəaliyyətindən də bəhs edərək Mikayıl Useynovun dəfələrlə Ali Sovetin deputatı olduğunu, uzun illər Azərbaycan Memarlar İttifaqının sədri vəzifəsində çalışdığını diqqətə çatdırıb.

Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxışında bildirib ki, Azərbaycanda böyük memarlıq məktəbinin yaradıcısı kimi, Mikayıl Useynovun yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da müxtəlif abidələrin, sənət nümunələrinin ərsəyə gəlməsində böyük əməyi olub. Mikayıl Useynov əsərlərində memarlıq sənətinin irsindən çox ustalıqla istifadə edib və onun yaradıcılığında heç bir əcnəbi memarlıq nümunələrə rast gəlinmir.

Ərtegin Salamzadə qeyd edib ki, görkəmli memar 40 ilə yaxın Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutuna rəhbərlik edib. Alimin rəhbərliyi altında onlarla dissertasiya müdafiə olunub, milli memarlıq elminin kadr potensialı formalaşıb.

Tədbirdə memarlıq doktoru, professor Rayihə Əmənzadə “Akademik Mikayıl Useynov Azərbaycan memarlığının patriarxıdır”, memarlıq doktoru, dosent Rahibə Əliyeva “Tarixə qovuşan Mikayıl Useynov yaradıcılığı”, memarlıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Tangudur “Mikayıl Useynov Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının qurucusu kimi” və memarlıq üzrə fəlsəfə doktoru, dosent Samirə Abdullayeva “Akademik Mikayıl Useynovun yaradıcılığında memarlıq elementlərinin bədii dili” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda görkəmli memarın ailəsi adından fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Səidə Useynova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb