Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də AMEA-nın Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 115 illik yubileyinə həsr edilmiş “Mir Cəlal və ədəbi-tarixi proses” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Mir Cəlalın əsərlərini əks etdirən kitab sərgisi ilə tanışlıq olub. Sərgi Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilib.

Elmi sessiyanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq bildirib ki, Ədəbiyyat İnstitutu ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində tədqiqatların aparıldığı başlıca mərkəzdir və elmi-tədqiqat müəssisəsində görkəmli yazıçı Mir Cəlalın yubileyinin keçirilməsi ədəbiyyatşünas alimlərin mənəvi borcudur. Ötən müddət ərzində ədibin həyatının müəyyən dövrlərinin bağlı olduğu Bakı Dövlət Universiteti, Gəncə şəhəri və Qazax Müəllimlər Seminariyasında 115 illik yubileyinin qeyd olunduğunu deyən AMEA rəhbəri Mir Cəlalın 16 il Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, 1 aydan artıq müddətdə isə institutun direktor əvəzi kimi çalışdığını diqqətə çatdırıb.

Akademik bildirib ki, Mir Cəlalı fərqləndirən başlıca cəhət onun universal, çoxcəhətli fəaliyyətə malik olmasıdır. O, yazıçı, ədəbiyyatşünas, publisist, pedaqoq kimi məşğul olduğu bütün sahələrin peşəkarı olub. Mir Cəlalın yaşadığı dövrü ideallaşdırmadan, sərt kommunist rejiminin ideologiyasını təbliğ etmədən yalnız obyektiv gerçəkliyi, insanın real həyatını, obyektiv gerçəkliyi meydana qoyduğunu deyən AMEA prezidenti ədibin bu dəst-xətinin roman, povest, satirik-yumoristik əsərlərində də müşahidə olunduğunu söyləyib. Xüsusilə, “Həyat hekayələri”, “Sadə hekayələr”, “Bir gəncin manifesti” və başqa əsərlərində sadə həyat hekayələrinin, insanın mənəvi aləminin oxuculara çatdırıldığını bildirib. Vurğulayıb ki, görkəmli yazıçı epik ədəbiyyatın bütün sahələrində ərsəyə gətirdiyi mükəmməl əsərlərlə, həm də ədəbiyyatşünaslıq istiqamətindəki fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur.

İsa Həbibbəyli yazıçının “Füzulinin poetik xüsusiyyətləri” monoqrafiyası ilə şairin poetikasına dair nadir bir əsəri meydana qoyduğunu deyib, ilk və son dəfə bu əsərlə Azərbaycan ədəbiyyatşünaslığında Füzulinin 17-18 beytlik müəmmalarının tədqiqata cəlb olunduğunu, bu əsərin həm də poetika ilə estetikasının vəhdətini təşkil etdiyini bildirib. Həmçinin Mir Cəlalın “Azərbaycanda ədəbi məktəblər” mövzusunda mükəmməl doktorluq işi ilə Azərbaycanda ədəbi məktəblərin tarixinə nəzər yetirdiyini vurğulayıb. Eyni zamanda, ədibin ədəbiyyat nəzəriyyəsi sahəsində böyük xidmətləri olduğunu, realizm, satira və yumorun dəqiq mahiyyətini müəyyənləşdirdiyini diqqətə çatdırıb. AMEA rəhbəri qeyd edib ki, Mir Cəlal həm də görkəmli pedaqoqdur və onun “XX əsr Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” dərslikləri bu gün də ali məktəblərdə tədris olunur. Mir Cəlal həm də yaradıcılığı və zəngin fəaliyyəti ilə XX əsrin əvvəlləri ilə məşhur “Altmışıncılar” ədəbi nəsli arasında körpü rolunu oynayıb, yeni ədəbi nəslin yetişməsinə mühüm töhfələr verib.

AMEA rəhbəri bildirib ki, Mir Cəlalın zəngin irsi bu gün alimlərimiz tərəfindən müstəqillik dövrünün çağırışları əsasında yenidən tədqiqatlara cəlb olunur, əsərləri yenidən çap edilir və onun işıqlı xatirəsi gələcək nəsillərə çatdırılır.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Mir Cəlal Paşayevin ictimaiyyətə az məlum olan əsərlərinin nəşri haqqında”, filologiya üzrə fəlsəfə doktorları, dosent Aslan Salmansoy “Səməd Vurğun və Mir Cəlal”, professor Asif Rüstəmli “Mir Cəlalın həyatı və yaradıcılığının ilkin dövrü”, filologiya elmləri doktoru İsmayıl Kazımov “Mir Cəlal romanlarında bədii dil xüsusiyyətləri”, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Füzuli sənətkarlığı” və “Ədəbi məktəblər” monoqrafiyalarında poetika haqqında”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Mir Cəlal hekayələrində folklor və milli-mənəvi dəyərlər”, Dilarə Adilova “Mir Cəlal hekayələrində müasirlik” və Fidan Rzayeva “Mir Cəlal yaradıcılığı səhnədə” mövzularında məruzələrlə çıxış ediblər.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya üzrə elmlər doktoru Vaqif Yusifli Mir Cəlalla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən ADA Universitetinin rektoru professor Hafiz Paşayev Mir Cəlalın 5 il bundan əvvəl 110 illik yubileyinin də Ədəbiyyat İnstitutunda keçirildiyini xatırladıb, budəfəki yubileyin AMEA miqyasında humanitar sahə ilə müxtəlif elmi-tədqiqat institutlarının alimləri tərəfindən qeyd olunmasının təqdirəlayiq hal olduğunu bildirib. Məruzələrin ciddi elmi araşdırmalar əsasında hazırlandığını deyən Hafiz Paşayev çıxışlarda tədqiqatçıların məlum olmayan məsələlərə toxunulduğunu, xüsusilə Mir Cəlal və Səməd Vurğun, Mir Cəlalın əsərlərinin dil xüsusiyyətləri, Füzuli ilə bağlı, teatr və səhnə fəaliyyətinə dair tədqiqatların davam etdirilməsinin gələcəkdə onun yaradıcılığının yeni tərəflərinin açılmasına gətirib çıxaracağını bildirib.

Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatların baş direktorları və əməkdaşları iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava