AMEA FİZİKA–RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR
Sentyabrın 19- da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, iclasda AMEA FRTEB-in akademik-katibi, akademik Akif Hacıyev AMEA Riyyaziyyat və Mexanika İnstitutu attestasiya komissiyasının işinin nəticələri haqqında məlumat vermişdir.
Bakıda “Kibernetika və informatika problemləri” mövzusunda keçirilən ikinci beynəlxalq konfransın yekunları haqqında məlumat verən akademik Telman Əliyev tədbirdə İKT-nin inkişafından, bu sahədə əldə olunan mühüm nəticə və nailiyyətlərdən söhbət açmışdır.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Rasim Əliquliyev bildirmişdir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan informasiya texnologiyalarının tətbiqi sahəsində ölkəmizdə son illər böyük nailiyyətlər əldə edilmişdir.
AMEA-nın birinci vitse-prezidenti, Fizika İnstitutunun direktoru, akademik Arif Həşimov rəhbərlik etdiyi elm müəssisəsinin nəzdində yaradılacaq Kompyuter Mərkəzi haqqında məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]