AMEA-NIN FİZİKA İNSTİTUTUNDA UKRAYNA ELM-TEXNOLOGİYA MƏRKƏZİNİN FİLİALI AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə təşkil edilmiş mərasimdə institutun direktoru, professor Arif Həşimov, ABŞ-ın Sənaye Koalisiyasının prezidenti və icraçı direktoru Viktor Alessi, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü, UETM-in direktoru Yaroslav Yaskiv və başqaları çıxış edərək Ukrayna Elm-Texnologiya Mərkəzinin məqsədi və fəaliyyəti barədə ətraflı məlumat vermişlər.
Dövlətlərarası təşkilat olan UETM kütləvi qırğın silahlarının ləğvi prosesinin həyata keçirilməsi yollarını müəyyənləşdirmək, bu cür silahların yayılmasının qarşısını almaq məqsədi ilə Kanada, ABŞ və Avropa Birliyi tərəfindən yaradılmışdır. 1994-cü ildən Ukrayna Elm-Texnologiya Mərkəzi kütləvi qırğın silahlarının ləğvi ilə bağlı elmi-tədqiqat layihələrinə dəstək verir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bu elm müəssisəsində UETM-in filialının açılmasının əhəmiyyətini diqqətə çatdırmış, onun fəaliyyətinə uğurlar arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]