AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı “Dünya Ərzaq Mükafatının” təqdimat mərasimində iştirak etmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev Amerika Birləşmiş Ştatlarının Des Moines şəhərində “Dünya Ərzaq Mükafatının” (World Food Prize) təqdimat mərasimində iştirak etmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə kənd təsərrüfatının mövcud vəziyyəti geniş müzakirə olunmuş, problemlərin həlli istiqamətində müxtəlif fikirlər səsləndirilmişdir. Kənd təsərrüfatında biotexnoloji üsullardan istifadənin vacib amillərdən biri olduğu qeyd edilmişdir.
Tədbir çərçivəsində, həmçinin Norman Borlaug proqramımın müxtəlif ölkələrdən olan qaliblərinin görüşü də təşkil olunmuşdur. Görüşdə Norman Borlaug proqramının kənd təsərrüfatı sahəsində mövcud olan problemin həlli istiqamətində önəmli rol oynadığından, ayrı-ayrı ölkələr üzrə proqram çərçivəsində həyata keçirilən tədqiqat işlərindən söhbət açılmış, müxtəlif istiqamətlər üzrə mümkün əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]