Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın Humanitar Elmlər Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib

Bakı, 19 yanvar, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında Humanitar Elmlər Bölməsinin (HEB) 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bölmənin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı hesabatı təqdim edərək bildirib ki, sürətli sosial-iqtisadi inkişaf yolunda olan Azərbaycanda 2025-ci il humanitar elm sahələri üçün olduqca mühüm nailiyyətlərlə yadda qalıb. Azərbaycan Respublikası Prezidentinin xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, dilinin, ədəbiyyatının, mədəniyyətinin müasir dövrün tələbləri baxımından daha da araşdırılması və təbliği istiqamətindəki müvafiq fərman və sərəncamları, eləcə də Dövlət Proqramları 2025-ci ildə humanitar elm sahələrində aparılan əsas konseptual fəaliyyət proqramı kimi qəbul edilib.

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” olduğunu xatırladan məruzəçi bununla əlaqədar fəaliyyət planına əsasən elmi müəssisələr tərəfindən “Azərbaycan incəsənətində Konstitusiya və Suverenlik”, “Milli dövlətçilik və folklor”, “Azərbaycan dövlətçiliyi klassik qaynaqlarda”, “Konstitusiyamız və Suverenliyimiz” adlı tədbirlərin keçirildiyini, sərgilərin təşkil edildiyini söyləyib.

Ölkə başçısının “AMEA-nın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının elmi ictimaiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini deyən məruzəçi bildirib ki, AMEA-nın digər elmi müəssisələri ilə yanaşı, Bölmənin alim və işçi kollektivi də yubiley tədbirlərinin keçirilməsində yaxından iştirak edib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirindəki parlaq nitqində, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin saflığının qorunması istiqamətində humanitar elmlər sahəsində çalışan alimlərin üzərinə ciddi vəzifələr qoyub. Bu məqsədlə AMEA-nın Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaqda alimlərin məruzələri, rəy və təklifləri dinlənilib. Bundan başqa, Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi İnkişaf Strategiyası: mövcud vəziyyət və perspektivlər” mövzusundakı tədbirdə, eləcə də Azərbaycan Yazıçılar Birliyində təşkil olunan “Dilimiz – kimliyimiz” mövzusunda müşavirədə AMEA-nın bir sıra alimi iştirak edərək Akademiyanın dövlət dili siyasətinə elmin dəstəyi, normativ bazanın elmi əsaslarla hazırlanması və dövrün çağırışlarına uyğun yenilənməsi, Azərbaycan toponimlərinin qorunması ilə bağlı fikirlərini bildiriblər. Bölmənin alimləri mütəmadi olaraq dilimizin qorunması ilə bağlı televiziya kanallarına müsahibələr verib, dövri mətbuatda məqalələr dərc etdiriblər.

Vurğulanıb ki, dövlət başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr Bölmənin 2026-cı il üzrə fəaliyyətində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu məqsədlə AMEA tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Bölmənin elmi müəssisələrinə tapşırıqlar verilib. Alimlərimiz mətbuatda mütəmadi olaraq çıxış edərək türk xalqının ana dili tarixində mühüm hadisə olan Türkoloji Qurultayın əhəmiyyətini təbliğ ediblər.

Ölkə Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” , “Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında”, “Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarına əsasən Bölmədə həyata keçirilmiş tədbirlər diqqətə çatdırılıb.

Bölmənin elmi müəssisələrində iki dövlət proqramının müvafiq bəndlərinin icra olunduğunu deyən məruzəçi qeyd edib ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən Dilçilik İnstitutunda Qərbi Azərbaycan dialektləri lüğəti hazırlanır. Əlyazmalar İnstitutunda əlyazmaların elektronlaşdırılması işi 10 ildən artıqdır uğurla davam etdirilir. Eyni zamanda, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası HEB-in elmi müəssisələri tərəfindən məsuliyyətlə icra olunur.

Elmi katib Bölmənin müəssisələrində Qarabağ və Şərqi Zəngəzur mövzusuna xüsusi diqqət yetirildiyini söyləyib, Qeyd edib ki, bununla əlaqədar Dilçilik İnstitutunun Toponimika şöbəsində “Qarabağ və Şərqi Zəngəzur” toponimlərinin izahlı lüğəti” ikicildliyi nəşrə hazırlanır. Bölmənin digər elmi müəssisələri tərəfindən mövzu ilə bağlı 2025-ci ildə 10 kitab nəşr olunub.

Uzun illərdir bölmənin elmi müəssisələrində İraqda yaşayan türkmanların dili, ədəbiyyatı, folkloru, musiqisi ilə bağlı araşdırmaların aparıldığını vurğulayan alim bildirib ki, bu istiqamətdə görülən işlər bölmənin ən uğurlu nəticələri sırasındadır.

Diqqətə çatdırılıb ki, hesabat ilində HEB-in 5 iclası və 2 ümumi yığıncağı keçirilib, iclaslarda 139 məsələyə baxılıb. 2025-ci ildə Bölmənin müəssisələrində 6 elmi istiqamət üzrə, 34 problemi əhatə edən 72 mövzu, 483 elmi tədqiqat işi yerinə yetirilib. 72 mövzunun 35-i, 483 işin 319-u tamamlanıb.

Qeyd olunub ki, HEB-in 5 elmi-tədqiqat müəssisəsi tərəfindən 15 mühüm elmi nəticə əldə edilib. Eləcə də AMEA-nın tabeliyində olmayan humanitaryönümlü müəssisələr 2025-ci ildəki mühüm nəticələri təqdim ediblər. Elm və Təhsil Nazirliyinin 16, Mədəniyyət Nazirliyinin 7 mühüm nəticəsi hesabata daxil edilib. Bundan başqa, Qarabağ Universitetinin də mühüm nəticəsi Bölməyə təqdim olunub.

Bölmənin nəşriyyat fəaliyyətindən də bəhs edilib. Bildirilib ki, 2025-ci ildə elmi-tədqiqat müəssisələrində 180 kitab (2-si xaricdə), 95 monoqrafiya (15-i xaricdə), 2155 məqalə və tezis (366-sı xaricdə) çap olunub. İmpakt faktorlu jurnallarda əməkdaşların 10 məqaləsi işıq üzü görüb. HEB-in alimlərinin elmi əsərlərinə olan istinadların ümumi sayı 1062-dir. Həmçinin elmi jurnallarda dərc olunan 958 məqaləyə DOI (Rəqəmsal Obyekt İdentifikatoru) identifikatoru verilib. Eyni zamanda, Bölmə əməkdaşları tərəfindən hesabat ilində 12 dərslik və 1 dərs vəsaiti nəşr edilib. Elmi müəssisələrdə 12 elmi jurnalın müvafiq nömrələri dərc olunur.

2025-ci ildə Bölmənin elmi-tədqiqat müəssisələrində çalışan əməkdaşlardan 534-ü elmi işçidir. Elmi işçilərin 95-i elmlər doktoru, 270-i fəlsəfə doktorudur. Bundan başqa, 2025-ci ildə Bölmənin elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə 122 doktorant və dissertant, elmlər doktoru hazırlığı üzrə 108 doktorant və dissertant təhsil alıb. Tədqiqatçılardan 34 nəfər fəlsəfə, 12 nəfər elmlər doktorluğu üzrə dissertasiya işi müdafiə edib.

Ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”na uyğun olaraq Bölmənin elmi müəssisələrində rəqəmsallaşmanın və süni intellektin elmi və idarəetmə sistemlərinə inteqrasiyası istiqamətində görülən işlər də diqqətə çatdırılıb.

Bildirilib ki, hesabat ilində elmi-tədqiqat müəssisələri ilə beynəlxalq qurumlar arasında 9 sənəd imzalanıb ki, onun da 7-si türkdilli dövlətlərin akademik qurumları ilə bağlanıb.

Həmçinin Bölmənin kadr potensialı və kadr hazırlığı, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, təltiflər və s. barədə məlumatları təqdim edilib.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Humanitar Elmlər Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölməyə müvafiq tapşırıqlar verilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib