Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda müzakirəyə çıxarılan birinci məsələ AMEA-da 8 Noyabr - Zəfər Gününün qeyd edilməsi haqqında olub. İsa Həbibbəyli bildirib ki, 2020-ci il sentyabrın 27-də ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması üçün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında birləşərək həmrəy oldu.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusunun ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdiyini deyən akademik İsa Həbibbəyli 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan əsgər və zabitlərinin dünya hərb tarixində nadir təsadüf edilən rəşadət və qəhrəmanlığı sayəsində Qarabağın tacı, Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhərinin erməni işğalından azad olunduğunu, düşmənin təslimçi bəyanata imza atmağa məcbur edildiyini söyləyib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Şuşa şəhərinin işğaldan azad edildiyi noyabr ayının 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi haqqında 2020-ci il 3 dekabr tarixli Sərəncam imzalayıb.

AMEA prezidenti, həmçinin bildirib ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri ilə Qarabağda Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa edildi, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını Xankəndi şəhərində ucaltdı.

İclasda, Rəyasət Heyəti tərəfindən AMEA-da Zəfər Gününə həsr olunmuş təntənəli tədbirlərin təşkili, qazilər, müharibə iştirakçıları və şəhid ailələri ilə görüşlərin, xatirə günlərinin keçirilməsi, Qarabağ müharibəsinə, müharibə qəhrəmanlarına, şəhidlərə həsr olunmuş ənənəvi və virtual kitab sərgilərinin hazırlanması barədə qərar qəbul edilib.

Tədbirdə müzakirə olunan növbəti məsələ ölkə başçısının 2023-cü il 28 sentyabr tarixli Sərəncamına əsasən hazırlanmış “Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı”nın təsdiq edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən “Akademik Ziya Bünyadovun 100 illik yubileyi haqqında” qərar qəbul olunub. Qərarda AMEA Rəyasət Heyətinə akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr edilmiş elmi sessiyanın keçirilməsi, İctimai Elmlər Bölməsinə Şərqşünaslıq İnstitutunun bazasında ənənəvi “Akademik Ziya Bünyadov qiraətləri”nin təşkil edilməsi və müvafiq materialların çap olunması ilə bağlı tapşırıqlar verilib.

Daha sonra Rəyasət Heyəti tərəfindən “Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı” təsdiqlənib.

İclasda, həmçinin “İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair AMEA-nın tədbirlər planı” haqqında müzakirələr aparılıb. Məsələ ilə əlaqədar çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Rəyasət Heyətinin müvafiq qərarı ilə İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb və Şuraya İraq-Türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi tapşırılıb. Həmin qərarda İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasına AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi-tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla İraqda yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair AMEA-nın tədbirlər planının hazırlanması barədə müvafiq tapşırıq verilib. Qeyd olunan məsələ Şuranın oktyabrın 20-də keçirilən iclasında müzakirə olunub, şura üzvlərinin rəy və təkliflərinə əsasən tədbirlər planı layihəsi hazırlanıb.

Bundan əlavə, Şuranın ilk iclasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi dosent Kübra Quliyevanın “İraq-Türkman ləhcəsinin tarixi-dialektoloji təsviri” mövzusunda məruzəsi dinlənilib, eləcə də kərküklü şair, tədqiqatçı, ədəbiyyatşünas, ictimai xadim Şəmsəddin Kuzəçinin “Çağdaş Türkman ədəbiyyatı” mövzusunda elmi seminarı olub.

Akademik İsa Həbibbəyli İraqın 7 universitetində Türkologiya fakültəsinin fəaliyyət göstərdiyini və həmin fakültələrin Azərbaycan dili, lüğəti, ədəbiyyatı, tarixi, folkloru, arxeologiyası ilə bağlı elmi ədəbiyyata ehtiyacları olduğunu söyləyib, həmin universitetlərin nəşr ehtiyacını ödəmək üçün AMEA-nın elmi müəssisə və təşkilatlarından kitabların toplanaraq göndəriləcəyini vurğulayıb.

İclasda qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti “İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair tədbirlər planı”nı təsdiq edib.

Tədbirdə, eyni zamanda, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında iştirakı barədə məlumat verib. Qarabağda kəhrizlərin bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri, Laçın şəhərində yaşıllıqların mühafizəsi və bərpası perspektivləri və digər mühüm məsələlərin müzakirə edildiyini söyləyib.

İclasda, həmçinin İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının tərkibində, eləcə də AMEA-nın “İlin Gənc Alimi” mükafatının əsasnaməsində dəyişiklik edilib, AMEA-nın Naxçıvan Bölməsinin strukturu və ştat cədvəli təsdiqlənib.

Həmçinin akademik Nazim Məmmədovun 70, AMEA-nın müxbir üzvü Valeh Cəfərovun 80, AMEA-nın müxbir üzvü Zülfüqar Zülfüqarovun 110 illik yubileyləri haqqında qərarlar qəbul olunub.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Musa Qasımlı, professorlar Habil Qurbanov, İmamverdi Həmidov və başqaları çıxış edərək təkliflərini səsləndiriblər.

Sonda bir sıra cari məsələlər, eləcə də AMEA-nın təşkilatçılığı ilə noyabr ayında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransa hazırlıq işləri müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava