Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir

AMEA xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycanda koronovirus pandemiyası ilə mübarizə tədbirləri uğurla davam etdirilir. Bu pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən bütün zəruri təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı vaxtında qəbul etdiyi effektli qərarlar, atdığı addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da koronavirus pandemiyası ilə mübarizə sahəsində aparılan dövlət siyasətini və həyata keçirilən tədbirləri tam dəstəkləyir, bu məsələ ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirir.

O cümlədən Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən xüsusi karantin rejiminin tələblərinə AMEA tərəfindən yüksək səviyyədə əməl olunur.

Bu fikirlər AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb.

Məqalədə deyilir ki, Operativ Qərargahın 2020-ci il martın 20-də keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının bu il martın 29-dan əməkhaqqı saxlanılmaqla bir ay müddətinə ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul edilib. Buna uyğun olaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının 2020-ci il martın 29-dan əməkhaqqı saxlanılmaqla bir ay müddətinə məzuniyyətə göndərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda, həmçinin AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Azərbaycan ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb olunan dövlət orqanlarının və qurumlarının Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahısına AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi də daxil edilib.

Eyni zamanda, Azərbaycan ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahısına telekommunikasiya və rabitə xidmətləri də daxil edilib. Bu da onunla əlaqədardır ki, xüsusi karantin rejimində informasiya-kommunikasiya texnologiyaları xüsusi rol oynayır. Belə ki, bu şəraitdə dövlət idarəetməsinin, təhlükəsizlik tədbirlərinin, təhsil fəaliyyətinin, digər zəruri xidmətlərin həyata keçirilməsi və istehlakçıların tələbatlarının ödənilməsinin ən səmərəli üsulu informasiya-kommunikasiya texnologiyaları vasitəsilə virtual münasibətlərin yaradılmasıdır.

AMEA-nın elmi müəssisə və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə servisləri (İnternet provayder, hostinq , e-mail, veb-portallara xidmət, cloud computing v. s.) ilə təmin edən “AzScienceNet” elm-kompüter şəbəkəsi də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən telekommunikasiya xidmətləri göstərir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən “AzScienceNet”, həmçinin ölkəmizin elm və təhsil müəssisələrinin GEANT (Avropanın Elm və Təhsil şəbəkəsi) təşkilatına inteqrasiyasını Milli GRİD Mərkəzinin dünyanın qabaqcıl elmi-tədqiqat mərkəzləri (CERN, Dubna Nüvə Tədqiqat Mərkəzi və s.) ilə birgə tədqiqat aparılmasını təmin edir. Hazırda AMEA-nın əməkdaşları ev şəraitində “AzScienceNet”in təqdim etdiyi bu xidmətlərdən istifadə etməklə elmi fəaliyyətlərini davam etdirirlər.

O cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzi də öz fəaliyyətində “AzScienceNet” tərəfindən təqdim olunan yaddaş və hesablama resurslarından, digər internet xidmətlərindən istifadə edir.

Hazırda AMEA-nın rəhbərliyi də idarəetməni onlayn rejimdə həyata keçirir, qurumun elmi müəssisə və təşkilatları ilə müşavirələr təşkil edir, müzakirələr aparır.

AMEA-nın digər elmi müəssisə və təşkilatlarının veb-saytları da xüsusi karantin rejimində ev şəraitində məsul əməkdaşlar tərəfindən idarə olunmaqla “AzScienceNet”in göstərdiyi xidmətlər əsasında fəaliyyət göstərir, müvafiq şəxsləri zəruri informasiya ilə təmin edir.

Bütün bunları nəzərə alaraq, “AzScienceNet”in fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün institutun əməkdaşlarından ibarət işçi qrup yaradılıb. İşçi qrup növbətçilik prinsipi əsasında Azərbaycan ərazisində elan edilmiş xüsusi karantin dövründə mərkəzin fəaliyyətinə texniki dəstək göstərəcək. Burada fəaliyyət göstərən əməkdaşlar xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün icaze.e-gov.az portalı vasitəsilə qeydiyyatdan keçiblər.

AMEA prezidentinin digər bir Sərəncamında xüsusi karantin müddətində bu qurumun magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş müddətdə həyata keçirilməsini, tədris edilən fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə müvafiq tədrisin internet üzərindən həyata keçirilməsi tapşırılıb. Sərəncama uyğun olaraq, AMEA-nın ayrı-ayrı elmi müəssisələrində martın 29-dan etibarən müxtəlif internet xidmətlərindən istifadə etməklə magistrantlar üçün onlayn dərslər təşkil olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir