AMERİKA SENTİNİN XARİCİ GÖRKƏMİ DƏYİŞİR
AZƏRTAC Rusiya informasiya agentliklərinə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının ən xırda pulunun - bəzən britaniyasayağı “penni” adlandırılan bir sentlik sikkənin xarici görkəmi son yarım əsrdə ilk dəfə dəyişəcəkdir.
Sentin üz tərəfi dəyişməyəcək: orada ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun portreti təsvir edilmişdir. Sikkənin arxa tərəfi isə gələn ildən başlayaraq dörd müxtəlif variantda zərb ediləcəkdir. Bu yenilik Avraam Linkolnun 2009-cu ildə qeyd ediləcək 200 illik yubileyinə həsr edilmşdir.
Yubiley komissiyası və Amerika Birləşmiş Ştatlarının sikkəxanası bir sentlik xırda pulun reversi üçün yeni təsvir yaradılmasına dair müsabiqəyə yekun vurmuşdur. Müsabiqənin qalibi hesab edilmiş işlərin müəllifləri sikkəxananın nəqqaşlarıdır. Ən yaxşı miniatürləri isə ölkənin maliyyə naziri Henri Polson şəxsən özü seçmişdir.
Sikkənin reversinin layihələrində ABŞ-ın 16-cı prezidentinin həyat yolunun əsas mərhələləri əks etdirilmişdir. Məsələn, tirlərdən tikilmiş daxma təsviri Linkolnun Kentukki Ştatında keçmiş uşaqlıq illərinin rəmzidir. Reversin növbəti variantında Avraam Linkoln nahar fasiləsi zamanı əynində iş paltarı, əlində kitab təsvir edilmişdir. Bu variant onun İndiana Ştatında keçmiş gənclik dövrünə işarədir. Sonra İllinoys dövrü - Linkolnun siyasi karyerasının başlanğıc mərhələsi təsvir edilir: o, Springfilddə Kapitolinin köhnə binasının pilləkənində dayanmışdır. Nəhayət, sonuncu variant Vaşinqtona, Linkolnun prezidentlik dövrünə aiddir. Bu variantda Amerika Birləşmiş Ştatları konqresinin hələ tam tikilməmiş günbəzinin təsvir edilməsi vətəndaş müharibəsi dövründə ölkənin parçalanmasına işarə olacaqdır.
PRAYM-TASS agentliyi qeyd edir ki, Avraam Linkolnun 1863-cü ildə ABŞ-da quldarlığı ləğv etmiş xilaskar prezident kimi xidmətləri sentin yeni qrafik həllərində öz əksini tapmamışdır.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının bir sentlik sikkələrinin dizaynı axırıncı dəfə 1959-cu ildə Avraam Linkolnun əvvəlki yubileyi münasibətilə dəyişmişdi. O vaxtdan bəri sentin arxa tərəfində Avraam Linkolnun şərəfinə Vaşinqtonun mərkəzində ucaldılmış xatırə kompleksi təsvir edilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:41]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:35]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:29]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [17:26]
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY
- 16.06.2026 [17:13]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [17:10]
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub
- 16.06.2026 [17:05]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:04]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [17:01]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:57]