ANA ARILARIN YETİŞDİRİLMƏSİ ÜÇÜN VƏSAİT AYRILMIŞDIR
Bakı, 5 oktyabr (AZƏRTAC). Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi arıçılıq sahəsində damazlıq işinin əsası sayılan ana arıların yetişdirilməsi üçün 21 min manat vəsait ayırmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcovun sözlərinə görə, artıq ana arıların yetişdirilməsi ilə bağlı işlərə başlanılmışdır. Türkiyə ilə əməkdaşlıq çərçivəsində bu ölkənin mütəxəssisləri arıçılıqla məşğul olan yerli sahibkarlara ana arıların yetişdirilməsində kömək edirlər. Bu il ölkəmizdə 1300 tona yaxın bal istehsalı proqnozlaşdırılır ki, bu da təxminən ötənilki göstəriciyə bərabərdir.
Qeyd olunmuşdur ki, yaxın vaxtlarda ənənəvi bal sərgi və yarmarkasının keçirilməsi də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]