Ankara İsveçin NATO-ya üzvlüklə bağlı mövqeyini dəyişməyəcək
Bakı, 24 yanvar, AZƏRTAC
Türkiyə hakimiyyəti bu ilin mayında keçiriləcək prezident seçkilərinə qədər İsveçin NATO üzvlüyü barədə mövqeyini dəyişməyəcək.
AZƏRTAC xəbər verir ki, “Hürriyet” qəzetinin yazdığına görə, yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranın yandırılması ilə bağlı qalmaqal fonunda İsveç NATO-ya daxil olmaq məsələsində ABŞ-ın və alyansın digər üzvlərinin dəstəyinə ümid etməməlidir. NATO-ya üzvlüklə bağlı müraciətin Türkiyə parlamenti tərəfindən dəstəklənməsi İsveçin terrorla mübarizə və ikitərəfli münasibətlərin normallaşdırılması barədə Ankara ilə imzaladığı memorandumun yerinə yetirilməsindən asılıdır, lakin seçkilərədək müsbət addımın atılması gözlənilmir.
Prezident Rəcəb Tayyib Ərdoğan Stokholm şəhərində Türkiyə əleyhinə aksiyalardan sonra İsveçin NATO-ya üzvlük məsələsində Ankaranın dəstəyinə ümid etməməli olduğunu bildirib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hülusi Akar da analoji bəyanatlar səsləndiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]
BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb
- 14.10.2026 [10:52]