ANKARA YAXINLIĞINDA HEYDƏR ƏLİYEV ADINA PARK SALINIR
Türkiyənin ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı naziri Osman Pepenin səfirliyimizə göndərdiyi məktubda deyilir ki, Azərbaycanın ümummilli lideri Prezident Heydər Əliyev xalqlarımız arasında dostluq, qardaşlıq və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfələrinə görə, Azərbaycanda olduğu kimi, Türkiyədə də sevilən, əziz xatirəsinə dərin ehtiram bəslənilən görkəmli dövlət xadimidir. Türk xalqının bu duyğularının ifadəsi olaraq, nazirlik Ankara yaxınlığındakı Batıkənddə 75 hektarlıq sahədə Heydər Əliyev adına park salmağa başlamışdır. Burada 17 növdən ibarət 81 min ədəd ting əkiləcək, 4 voleybol, 4 basketbol, 4 miniqolf meydançaları, çeşmələr, istirahət guşələri, uşaq meydançaları, hovuzlar və s. yaradılacaqdır.
Məktubda daha sonra deyilir ki, Heydər Əliyev adına parkın salınması Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə qarşıdakı rəsmi səfərinədək başa çatacaq və bu, ölkələrimizin və xalqlarımızın əbədi dostluğu və qardaşlığının daha bir rəmzinə çevriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]