Ankarada Azərbaycana dəstək məqsədilə bədii proqram təşkil olunub
Ankara, 27 noyabr, AZƏRTAC
Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim olunub.
AZƏRTAC xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən təşkil edilib.
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlın zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxıblar.
Şəhid uşaqlara ithaf edilən proqramdakı ifalar hərarətli tamaşaçı alqışları ilə qarşılanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO
- 30.09.2026 [19:05]