Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada “Şuşa İli” münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Ankara, 22 noyabr, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyi və Ankara Universitetinin (AU) birgə təşkilatçılığı ilə universitetdə təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “Şuşa İli” mövzusunu tərənnüm edən sərginin açılışı olub.

Mərasimə qatılan rəsmi şəxslər, Ankara Universitetinin professor, müəllim və tələbə heyəti, görkəmli ziyalılar sərgi ilə tanış olublar.

Azərbaycanın qədim tarixini, təbiətimizin əsrarəngiz gözəlliyini, Bakının əzəmətini, Naxçıvanın füsunkar dağlarını və s. özündə əks etdirən fotolar barədə iştirakçılara ümumi məlumat verilib.

Sonra Azərbaycan həqiqətlərinə dair nadir nəşrlərlə tanışlıq olub.

Mərasimin girişində ümummilli lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürk və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Şuşanın dünənini, bu gününü, düşmən işğalından azad olunmasını və digər mühüm məqamları tərənnüm edən filmin nümayişindən sonra çıxışlar olub.

Rəsmi açılışda Ankara Universitetinin rektoru Necdət Ünivar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış ediblər.

Ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələrini xatırladan rektor Necdət Ünivar Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı rəşadətli Qələbəni və Şuşanın qurtuluşunu tarixlərə işıq saçan qəhrəmanlıq salnaməsi, Azərbaycan və Türkiyənin ortaq milli sərvəti kimi dəyərləndirib. Rektor vurğulayıb ki, Şuşanın böyük qəhrəmanlıqla fəth olunması bütün türk dünyasının qürur mənbəyinə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olduğunu diqqətə çatdıran səfir Rəşad Məmmədov dövlətimizin başçısının söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi”,-kəlamını xatırladaraq deyib ki, Qarabağ təkcə Azərbaycanın deyil, Türkiyə başda olmaqla bütün türk dünyasının mənəvi qibləgahı, Şuşa isə Qarabağın ürəyidir. Səfir çıxışında təqdimatı keçirilən əsərlərdən, eləcə də iştirakçılara paylanan “İRS” jurnalından bəhs edərək dərginin baş redaktoru Musa Mərcanlının yaradıcılığının tarixi əhəmiyyət daşıdığını qeyd edib.

Çıxışlarda qeyd olunub ki, qədim türk yurdu olan Şuşanın təbii gözəlliyi kimi milli irs kimi qorunması başda türk dünyası olmaqla dünya mədəniyyətinə böyük töhfədir. Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşa bundan sonra da dünya mədəniyyətinin inkişafında öz sözünü deməkdə davam edəcək.

Sonra “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəşrlərin təqdimatı keçirilib.

Mövzu ətrafında “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının, “PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılovun və AU-nun əməkdaşı Cavid Abdullahzadənin çıxışları dinlənilib.

Baş redaktor Musa Mərcanlı çıxışında əminliklə bildirib ki, birgə mübarizə üçün ortaq nəşrlər mühüm təsirə malikdir. Təqdim olunan kitablar və jurnal Azərbaycan həqiqətləri ilə bağlı oxuculara geniş məlumat verəcək. Türk dilində hazırlanan kitablar bundan sonra da davamlı şəkildə Türkiyə ictimaiyyətinə təqdim olunacaq.

Rəhbərlik etdiyi şirkətin təsis olunması və inkişaf yoluna toxunan “PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılov ortaq dəyərlərin qorunmasında nəşrlərin rolundan bəhs edərək deyib ki, indiyədək ondan çox kitabın ərsəyə gəlməsini təmin ediblər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən çıxışçı diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbə dövlətçilik tariximizin ən parlaq səhifəsidir. “Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!”,-fikri ilə sözlərini bitirən şirkət rəhbəri əminliklə bildirib ki, bu istiqamətdə nəşrlərin hazırlanması bundan sonra da davam edəcək.

Ankara Universitetinin əməkdaşı Cavid Abdullahzadə çıxışında “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” nəşrlərində toplanan materialların tarixi mənbə kimi əhəmiyyətini yüksək dəyərləndirib. Çıxışçı bildirib ki, hər iki nəşr ümumilikdə elmi ictimaiyyət üçün əhəmiyyətli vəsaitdir. Çıxışında Azərbaycanın XX əsr dövlətçilik tarixinə geniş yer ayıran alim diqqətə çatdırıb ki, Qarabağın gerçək tarixi bütün dövrlərdə Türkiyə ictimaiyyəti üçün maraqlı olub. Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanan məlum keçmiş münaqişənin bütün acılarının bundan sonra da nəsillərə çatdırılması təxirəsalınmaz vəzifə olmalıdır. Bu anlamda təqdim olunan kitablar mühüm əhəmiyyət daşıyır.

Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətlərinə toxunulub. Diqqətə çatdırılıb ki, liderlərimizin ortaq siyasi qərarları və qətiyyətləri bütün türk dünyasının həmrəyliyinə, əlaqələrin strateji səviyyəyə yüksəlməsinə müstəsna təsir göstərib.

Qeyd edək ki, “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəfis tərtibatda və yüksək dizayn və poliqrafiya ilə hazırlanan nəşrlər “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap edilib.

Mərasimin sonunda “Şuşa” və Ankara Universitetinin Dövlət Konservatoriyasının musiqi qruplarının zəngin musiqi proqramı olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ankarada “Şuşa İli” münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi