ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Rayon ağsaqqalları, müharibə veteranları, idarə, müəssisə və təşkilatların nümayəndələri şəhərin mərkəzi meydanında Qarabağ uğrunda döyüşlərdə həlak olan astaralıların xatirə kompleksi önünə tər çiçəklərdən əklillər qoymuş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Ümummilli liderimiz Heydər Əliyevin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Mərasimdə çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı 200 ildən artıq bir dövrdə mərhələ-mərhələ həyata keçirdikləri soyqırımı siyasətini pisləyərək, məhz, ümummilli liderimiz Heydər Əliyevin fərmanlarına əsasən bu hadisələrə siyasi və hüquqi qiymət verildiyini vurğulamışlar. Onlar Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan xalqının haqq işinin qalib gələcəyinə, itirilmiş torpaqlarımızın geri qaytarılacağına əmin olduqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]