ANNA QURBANOVA İTALİYADA BEYNƏLXALQ TURNİRDƏ QIZIL MEDAL QAZANMIŞDIR
Anna mükafatların təqdim edilməsi mərasimindən sonra Milli Federasiyanın mətbuat xidmətinə telefonla müsahibəsində demişdir: “Turnirin növlərindən hər birində mükafata layiq yer tutmağıma olduqca şadam. İndiyədək heç vaxt birdən-birə, özü də belə mötəbər yarışda beş medal qazanmaq mənə qismət olmamışdı. Mən ilk qızıl medalımı Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın parlament seçkilərində qələbəsinə həsr edirəm”.
İtaliyanın idman mətbuatında A.Qurbanova haqqında yazılarda onun ustalığının sürətlə artdığı və çox böyük potensiala malik olduğu vurğulanır. Avropa jurnalistləri A.Qurbanovanın Bakıda dünya çempionatında, Tokioda planetin klub birinciliyində və Daşkənddə bürünc medal qazandığı Dünya kuboku yarışlarnda uğurlu çıxışlarını xüsusi qeyd etmişlər.