Antalyada keçirilən “Böyük dəbilqə” turnirində 7 cüdoçumuz mübarizəyə başlayır
Bakı, 1 aprel, AZƏRTAC
Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin birinci yarış günündə 7 cüdoçumuz mübarizəyə başlayır.
AZƏRTAC xəbər verir ki, kişilər arasında keçirilən yarışda Davud Məmmədsoy türkiyəli Emirhan Qarahan, Kəramət Hüseynov (hər ikisi 60 kq) moldovalı Nikolae Foka ilə görüşəcəklər. Nicat Şıxəlizadə Nazon Burns (İrlandiya) - Çingizxan Saqinalıyev (Qazaxıstan) cütünün, Orxan Səfərov (hər ikisi 66 kq) Kennez Qansbeke (Belçika) - Jeremi Sayvell (Malta) cütünün qalibi ilə qarşılaşacaqlar.
Qadınların turnirində isə Leyla Əliyeva avstriyalı Katerina Tanzer, Aişə Qurbanlı (hər ikisi 48 kq) türkiyəli Hanife Özcan-rusiyalı Anastasiya Pavlenko cütünün qalibi, Gültac Məmmədəliyeva (52 kq) isə çinli Kexin Zang ilə güclərini sınayacaqlar.
Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]