Antalyada otel yanğını: 2 turist ölüb, 10 nəfər yaralanıb
Bakı, 22 iyul, AZƏRTAC
Türkiyənin əsas turizm məkanlarından biri olan Antalyanın Muratpaşa rayonunda ikimərtəbəli butik otel yanıb.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, yanğın nəticəsində 2 turist həyatını itirib, 10 nəfər yaralanıb. Əraziyə xilasedicilər, yanğınsöndürənlər, polis, təcili tibbi yardım qrupları yönəldilib.
Yanğında ölənlərin livanlı turistlər olduğu bildirilir. Xəsarət alanlar arasında isə Norveç, Danimarka və Niderlanddan olan turistlər var. Həkimlərin sözlərinə görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır.
Yanğının səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]