Anxel Di Mariya Argentina millisindəki karyerasını başa vurub
Bakı, 15 iyul, AZƏRTAC
Argentina millisinin futbolçusu Anxel Di Mariya yığmadakı karyerasını bitirib.
AZƏRTAC xəbər verir ki, Amerika Kubokunun Kolumbiya ilə final oyunundan öncə Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və komandanın kapitanı Lionel Messi 11 nömrəli formanı xatirə hədiyyəsi olaraq 37 yaşlı yarımmüdafiəçiyə təqdim ediblər.
Di Mariya 2008-ci ildən çıxış etdiyi Argentina yığmasının heyətində 145 matçda 31 qolla yadda qalıb.
Qeyd edək ki, Argentina millisi Amerika Kubokunun finalında Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək tarixində 16-cı dəfə turnirin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]