Apelyasiya müraciəti etmiş 96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək
Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 28-də və 29-da müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan və apelyasiya müraciəti etmiş 96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təkrar müsahibənin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifəsinə artıq göndərilib.
Apelyasiya müraciəti etmiş namizədlərin əvvəlki müsahibə videogörüntülərinə müvafiq komissiyalar tərəfindən baxılacaq və namizədlərə təkrar onlayn müsahibədə iştirak etmək üçün şərait yaradılacaq. Bu mərhələdə uğur qazanmış namizədlər ötən tədris ilində müddətli əmək müqaviləsi ilə işlədikləri təhsil müəssisəsinə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi əsasında işə qəbul ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]