Aprelin 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 8-10°, gündüz 17-22° isti olacaqdır.
Bakıda gecə 8-10°, gündüz 18-20° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək, gündüz 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 4-9°, gündüz 19-24° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 1-5°, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 5-10°, gündüz 18-23° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, axşam və gecə isə az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 4-9°, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 11-16° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 7-12° isti, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-18° isti təşkil edəcəkdir.