Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi dövlət qeydiyyatına alınıb
Bakı, 20 fevral, AZƏRTAC
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi dövlət qeydiyyatına alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə, eləcə də dövlət reysterindən çıxarış təqdim olunub.
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi dövlət qeydiyyatından keçməklə sahə işçilərini təmsil etmək hüququ qazanır, təşkilati-hüquqi formasından asılı olmayaraq aqrar sahədə dövlət və ya özəl müəssisələrdə fəaliyyət göstərən həmkarlar təşkilatlarını özündə birləşdirir.
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirən Respublika Həmkarlar İttifaqı Birliyidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:28]
Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb
- 12.10.2026 [17:03]
Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub
- 12.10.2026 [16:48]
Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb
- 12.10.2026 [16:35]
Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub
- 12.10.2026 [16:30]