Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 33 nəfər iştirak edib. 11 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Onlardan 9 nəfəri kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası, 2 nəfəri isə kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası noyabrın 4-dən 6-dək (saat 14:00-dan 17:00-dək) DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:54]
ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?
- 09.10.2026 [12:42]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi
- 09.10.2026 [11:40]
Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb
- 09.10.2026 [10:40]