AQTA ilə Azərbaycanda Amerika Ticarət Palatası arasında birgə əməkdaşlıq mexanizmləri yaradılacaq
Bakı, 20 aprel, AZƏRTAC
Ölkədə biznes mühitinin davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə keçirilən görüşdə ətraflı müzakirə olunub.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sahibkarlıq subyektləri üçün əlçatanlığın təmin edilməsi, prosedurların asanlaşdırılması və fasiləsiz həyata keçirilməsi məqsədilə qida təhlükəsizliyi sahəsində sistemli islahatlar aparılır, rəqəmsal xidmətlərin əhatə dairəsi genişləndirilir. Laborator müayinələrin keyfiyyəti və operativliyi yüksəldilib, idxal, ixrac əməliyyatlarının sürətli və sadələşdirilmiş üsulla icrası təmin olunub.
Bildirilib ki, idxal-ixrac əməliyyatları tam rəqəmsallaşdırılıb və proseslərin daha çevik və effektiv təşkili sahəsində sahibkarlar elektron qaydada müraciət edərək icazə sənədlərini real vaxt rejimində əldə edə bilirlər. Yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür ki, bunun nəticəsi olaraq, hazırda Azərbaycan dünyanın 73 ölkəsinə qida məhsulları ixrac edir.
Görüş zamanı iki qurum arasında sahibkarlarla daha sıx və effektiv kommunikasiyanın təmin olunması məqsədilə birgə əməkdaşlıq mexanizmlərinin yaradılması ilə bağlı razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:54]
Bu ilin may ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
- 11.06.2026 [10:43]
Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub
- 11.06.2026 [10:33]
Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb
- 11.06.2026 [10:19]
Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib
- 11.06.2026 [08:40]
Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]