AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında növbəti uğur qazanıb
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTI) Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) Böyük Britaniyanın “Fapas” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, laboratoriya alkoqollu içki nümunəsində fiziki-kimyəvi və toksikoloji sınaqda uğurlu nəticə əldə edib. Belə ki, analizlər etil spirtinin, etanalun (asetaldehid), etil asetatın, metanolun, propanol 1-in və dimetil propanol 1-in təyini üzrə aparılıb.
Qeyd edək ki, ARSL bundan əvvəl də Böyük Britaniyanın “Fapas” və ”LGC standard”, eləcə də Fransanın “Bipea” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr əldə edib. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:37]
Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq
- 02.10.2026 [14:09]
Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib
- 02.10.2026 [14:08]
Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO
- 02.10.2026 [13:58]