“Araz Naxçıvan” klubu Birinci Divizionun qalibi olub
Bakı, 4 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Birinci Divizionunda çempion müəyyənləşib. “Araz Naxçıvan” tarixində ikinci dəfə aşağı dəstənin qalibi olub.
AZƏRTAC xəbər verir ki, 2013-2014-cü il mövsümündəki uğurunu təkrarlayan Naxçıvan təmsilçisi çempionluğu 27-ci turda rəsmiləşdirib. Ötən çempionatın qalibi “Qaradağ Lökbatan”la qarşılaşan baş məşqçi Azər Bağırovun yetirmələri səfərdə 2:0 hesablı qələbə qazanıblar. Bununla da “Araz Naxçıvan” 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi-2”ni 11 xal qabaqlayan Naxçıvan klubu mövsümün sonuna 3 tur qalmış qızıl medalları təmin edib.
“Araz Naxçıvan” Birinci Divizionda iki dəfə çempion olan beşinci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]