“Araz-Naxçıvan” klubu daha bir braziliyalı futzalçı ilə anlaşıb
Bakı, 15 iyul, AZƏRTAC
“Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasında elit-raunda vəsiqə qazanmaq istəyən ölkə çempionu bu dəfə Viktor Uqo Piresanı heyətinə qatıb.
İyirmi üç yaşlı braziliyalı hücumçu ötən mövsümü Qazaxıstan çempionatında keçirib. O, “Atırau” klubunun formasını geyinib. Futzalçı artıq UEFA Çempionlar Liqasının oyunlarında da təcrübə toplayıb. Belə ki, o, 2 il əvvəl “Jalqiris”in heyətində qitənin əsas klub yarışında 3 oyun keçirib, 2 qol vurub.
Futzalçı ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Mateus Katatau, Vitao və Rövşən Hüseynli ilə müqavilə imzalayıb. Təmsilçimiz avqustun birinci yarısında hazırlığa başlayacaq, UEFA Çempionlar Liqasında isə meydana oktyabrda çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]