“Araz-Naxçıvan” klubu iki braziliyalı futzalçı ilə müqavilə imzalayıb
Bakı, 14 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirməkdə davam edir.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, yay fasiləsində Murilo Borges və Maneka ilə yollarını ayıran ölkə çempionu 2 braziliyalı futzalçı ilə anlaşıb.
Mateus Katataunun ampluası müdafiəçidir. 1998-ci il yanvarın 20-də anadan olmuş futzalçının son klubu Braziliya “Horizontina”sı olub. Baş məşqçi Joze Alesionun keçidinə “yaşıl işıq” yandırdığı digər futzalçı Vitaodur. Qazaxıstanın “Kayrat” klubundan transfer olunan hücumçunun 27 yaşı var. Hər iki futzalçı ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, təmsilçimiz UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən start verəcək. “Araz-Naxçıvan” Bosniya və Herseqovinada keçiriləcək 5-ci qrupun oyunlarında yerli “Mostar”la, eləcə də ilkin mərhələdə yarışacaq D və F qrupunun qalibləri ilə gücünü sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]