“Araz-Naxçıvan” klubu qitə miqyaslı turnirlərdə 75-ci oyununa çıxacaq
Bakı, 26 oktyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” sayca 75-ci oyununa çıxacaq.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, 2005/2006-cı il mövsümündə qitə miqyaslı oyunda debüt edən təmsilçimiz indiyədək 74 oyunda gücünü sınayıb. Bu matçlardan 37-də qələbə qazanan ölkə çempionu 13 görüşdə “sülh” bağlayıb, qalan 24 qarşılaşmada isə yenilib.
Rəqib qapılarından 293 qol keçirən “Araz-Naxçıvan” 124 dəfə topu torundan çıxardıb. Bosniya və Herseqovinada keçiriləcək qrup oyunları təmsilçimizin 75-ci matçına çıxması ilə yanaşı, həm də 300-cü qolunu vurması baxımından əlamətdar ola bilər. Bunun üçün Joze Alesio Da Silvanın komandasına 3 oyunda ümumilikdə 7 qol vurmaq kifayət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [14:59]
“Qarabağ” Bosniya və Herseqovina millisinin qapıçısı ilə anlaşıb
- 04.06.2026 [14:29]
“Fənərbağça”nın prezidentinə həbs cəzası verilib
- 04.06.2026 [14:14]
“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırıb
- 04.06.2026 [13:12]
Joze Mourinyo “Real Madrid”də görmək istəmədiyi futbolçuları müəyyənləşdirib
- 04.06.2026 [11:34]