“Araz-Naxçıvan” komandası “Kəpəz”lə oyuna ciddi itkilərlə çıxa bilər
Bakı, 30 avqust, AZƏRTAC
“Araz Naxçıvan” komandası Azərbaycan Premyer Liqasının V turunda “Kəpəz”lə keçirəcəyi oyuna itkilərlə hazırlaşır.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisinin iki aparıcı futbolçusu qarşıdakı matçı buraxa bilər.
Ötən tur “Sumqayıt”la oyunun birinci hissəsində zədələnən və matçı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Məhəmməd Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin Gəncədəki görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadır.
Qeyd edək ki, sentyabrın 3-də keçiriləcək “Kəpəz” - “Araz-Naxçıvan” oyunu saat 17:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]