ARGENTİNADA MİN YAŞLI MUMİYA TAPILMIŞDIR
AZƏRTAC İspaniyanın EFE agentliyinə istinadla bildirir ki, Argentinanın şimal-qərbində, And dağlarında yaşı azı min il olan mumiya tapılmışdır. Arxeoloqlar yaxşı vəziyyətdə qalmış mumiyanı Buenos-Ayresin təqribən 1000 kilometrliyində yerləşən Katamarka əyalətinin Punta de la Peka məntəqəsində aşkar etmişlər. Alimlər cəsədin 25-30 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirmişlər. Tapıntının müayinəsi nəticəsində məlum olmuşdur ki, onu boğmuşlar. Lakin qadının ölümünə məhz bunun səbəb olduğu hələlik aydınlaşdırılmamışdır.
Mumiyanın yanında mərhuma məxsus heç bir əşya tapılmamışdır, hərçənd onun bədəni həmin regiona və o dövrə xas kəfənə bükülmüşdür. Arxeoloqlar digər qədim insanların qalıqlarını tapmaq ümidi ilə bu bölgədə qazıntıların sahəsini genişləndirmək niyyətindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]