ARTE- Avropa televiziya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb
Paris, 20 may, AZƏRTAC
Azərbaycan Qafqazın ən zəngin ölkəsidir. Ölkənin hər yerində tərəqqi, quruculuq işləri görünür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransa və Almaniyanın birgə təşkilatçılığı ilə 1992-ci ildən fəaliyyət göstərən ARTE - Avropa televiziya kanalında “Qafqaz 30 gündə: Azərbaycanın kəşfində” adlı verilişdə bildirilib.
Aparıcı Azərbaycanla Ermənistan arasındakı kontrastı göstərmək üçün müqayisə apararaq bildirib ki, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur.
Həmçinin verilişdə Azərbaycan mədəniyyəti və mətbəxi haqqında da geniş məlumat verilib. Ölkəmizin incəsənət nümayəndələri ilə görüşlər və onlarla müsahibələr verilişdə yer alıb.
Verilisə aşağıdakı linkdə baxmaq olar: https://www.arte.tv/fr/videos/056783-009-A/le-caucase-en-30-jours/
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris