ARXEOLOQLAR TÜRKMƏNİSTANDA ERAMIZDAN ƏVVƏL 4-CÜ MİNİLLİYƏ AİD ŞAH MƏQBƏRƏSİ TAPMIŞLAR
AZƏRTAC-ın Aşqabaddan aldığı xəbərə görə, Rusiya arxeoloqu Viktor Sarianidinin başçılıq etdiyi ekspedisiya Türkmənistanda eramızdan əvvəl 4-cü minilliyə aid şah məqbərəsi aşkar etmişdir. V.Sarianidinin Prezident Saparmurat Niyazova yazdığı məktubda deyilir: “Marı (Mərv) vilayətindəki qədim Qonurtəpə şəhərinin xarabalıqlarındakı qəbiristanda tapdığımız türbədə Mərkəzi Asiya üçün nadir olan tunc təkərli cəng arabası aşkar edilmişdir. Elə buradaca, əvvəllər yalnız Misirdə, Fələstində, Suriyada və Baktriyada (Bəlxdə) tapılan tunc məzar hədiyyələri olan, müqəddəs qoyunların basdırıldığı qəbirlər üzə çıxarılmışdır.”
40 ildən artıq Türkmənistan ərazisində arxeoloji tədqiqatlar aparan alim qazıntı işlərini mayın axırınadək başa çatdırmaq və onun nəticələri barədə ölkə Prezidentinə məruzə etmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]