Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aşıq Şəmşirin anadan olmasının 119-cu ildönümü yaddaqalan xatirə gecəsi ilə qeyd edilmişdir

Bakı, 17 mart (AZƏRTAC). Martın 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə ustad sənətkarın anadan olmasının 119-cu ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, filologiya elmləri doktoru Məhərrəm Qasımlı Aşıq Şəmşir yaradıcılığı haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, Dədə Şəmşirin adı gələndə göz önündə Dəlidağın möhtəşəmliyi canlanır. Ustad aşıq şəxsiyyəti və yaradıcılığı ilə o ucalığı qoruyub saxlayan sənətkarlardan olmuşdur.

Nəzərə çatdırılmışdır ki, Aşıq Şəmşir (1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya göz açmışdır. Şair Qurban Aşıq Ələsgərin müasiri olmuş, onların yaxın ünsiyyətindən bir sıra deyişmələri yadigar qalmışdır. Belə bir mühitdə daxili dünyasını zənginləşdirən Şəmşir çox keçmədən istedadlı aşıq şairinə çevrilmiş və Dədəlik mərtəbəsinə qədər ucalmış, aşıq-ozan sənətinin inkişafına öz töhfəsini vermişdir.

Kəlbəcər-Göycə, Qarabağ-Gəncəbasar ellərində məşhur olan Aşıq Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan isə Xalq Şairi Səməd Vurğun olmuşdur. Onların deyişmələri həmin tarixi günlərin poetik ovqatını və təravətini indi də saxlayır. Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrlə Kəlbəcər ədəbi mühitinin qüdrətli söz sənətkarı kimi fərdi məktəbini yaratmışdır.

M.Qasımlı bir mütəxəssis kimi, Aşıq Şəmşirin barmaqlarının saz çalan yüzlərlə aşığın barmaqlarından seçildiyini söyləmişdir. Həmçinin aşığın dastan söyləyərkən teatral ifasının heç də hər sənətkara nəsib olmadığını vurğulamışdır. Qeyd olunmuşdur ki, musiqişünas Əminə Eldarova Dədə Şəmşirin irsinin qorunması və təbliği sahəsində ən böyük işi görmüş, ustad sənətkarın ifasında 75 aşıq havasını lentə köçürmüşdür.

Milli Məclisin deputatı, Xalq Şairi Sabir Rüstəmxanlı Aşıq Şəmşir yaradıcılığının Azərbaycan poeziyasında rolundan danışmışdır. Bildirilmişdir ki, məhz Aşıq Şəmşir kimi sənətkarlarımızın şeirləri indi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın ətrini, xatirəsini qoruyub saxlayır, eyni zamanda, o torpaqlara dönmək ruhunu saxlayır. Xalq Şairi ustad aşıqla Bakıda keçirilmiş görüşləri tədbir iştirakçıları ilə bölüşərək o günləri özünün ən böyük xatirəsi adlandırmışdır.

Vurğulanmışdır ki, məhz ulu öndərimiz Heydər Əlitev onun sənətinə yüksək qiymət verərək 2003-cü il iyulun 5-də Əməkdar İncəsənət Xadimi, “Şərəf” ordenli Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Həmçinin, Sərəncama əsasən Göygöl rayonundakı yeddiillik musiqi məktəbinə Aşıq Şəmşirin adı verilmiş və büstü ucaldılmışdır. Ulu öndərimizin müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın yüksək diqqət və qayğıları sayəsində aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu hadisə təkcə sənətsevərlər deyil, bütünlükdə xalqımız tərəfindən yüksək dəyərləndirilir. Bu, həmçinin Aşıq Şəmşirin timsalında haqq dərgahına qovuşmuş aşıqlarımızın ruhuna olan hörmətin ifadəsidir.

Tədbirdə şair publisist, Əməkdar Mədəniyyət İşçisi Məmməd Aslan uzun illər ünsiyyətdə olduğu Aşıq Şəmşirlə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Digər çıxışlarda Aşıq Şəmşir yaradıcılığının xüsusiyyətlərindən danışılmışdır. Bildirilmişdir ki, XX əsrin 70-ci illərində sənətkarın ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi şeirlər bu gün də zamanla səsləşir.

Ümummilli liderimizin Aşıq Şəmşirlə bağlı söylədiyi “Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır” fikri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

1992-ci ilin aprelində erməni quldurları Dədə Şəmşirin doğma kəndi Ağdabanda əsl soyqırımı törətmişlər. Ustad sənətkarın ən yaxın qohum-əqrəbası amansızlıqla qətlə yetirilmişdir. Ağdabanlı şair Qurbanın və Dədə Şəmşirin əlyazmaları tamamilə yandırılaraq məhv edilmişdir.

Tədbirdə Aşıq Şəmşirlə bağlı videoçarx nümayiş etdirilmiş, fotoları və şeirləri əsasında hazırlanmış açıqcalar tədbir iştirakçılarına paylanılmışdır. Kəlbəcər məktəblilərinin ifasında Aşıq Şəmşirin əsərləri səslənmişdir.

Sonda ustad sənətkarın oğlu, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib