ASK YERLİ SAHİBKARLARI MERSİN SƏRGİSİNƏ DƏVƏT EDİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilarları Milli Konfederasiyasının (ASK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 14-15-də Türkiyənin Mersin şəhərində xarici ticarət logistikası konfransı keçiriləcəkdir.
Konfransda logistika və nəqliyyat sahələri üzrə sərgi də nümayiş etdiriləcəkdir.
Bu sahədə fəaliyyət göstərən azərbaycanlı iş adamları konfransda iştirak etmək üçün ASK-ya müraciət edə bilərlər.