AŞPA NÜMAYƏNDƏLƏRİ BAKI İLƏ TANIŞ OLMUŞLAR
Şurası Parlament Assambleyasının İqtisadi Məsələlər və İnkişaf Komitəsinin üzvləri uyunun 1-də Bakı şəhərinin tarixi, memarlıq abidələri və görməli yerləri ilə tanış olmuşlar.
Qədim İçərişəhərlə tanışlığa “Şirvanşahlar” sarayından başlandı. Qonaqlara sarayın müxtəlif guşələri, Seyid Yəhya Bakuvinin türbəsi, Key Qubad məscidi, digər tikililər barədə məlumat verildi.
Görkəmli xalçacı rəssam Kamil Əliyevin İçərişəhərdəki xalça salonu, miniatür mərkəzinin eksponatları da qonaqlarda xoş təəssürat oyatdı.
Daha sonra Komitənin üzvləri Qız qalasına” çıxaraq Bakının gözəl mənzərəsini seyr etdilər.
X X X
AŞPA-nın İqtisadi Məsələlər və İnkişaf Komitəsinin üzvləri həmin gün Azərbaycan Dövlət İqtisad Universitetində də oldular. Universitetin rektoru, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü akademik Əli Abbasov qonaqlara başçılıq etdiyi bu ali məktəbin fəaliyyəti barədə ətraflı məlumat verdi.
Universitetlə tanışlıqdan sonra professor-müəllim heyəti ilə görüş keçirildi. AŞPA-nın nümayəndələri görüş iştirakçılarını maraqlandıran suallara cavab verdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]