Aşqabadda “Amul-Xəzər 2018” avtorallisinə həsr olunan mediaforum keçiriləcək
Aşqabad, 5 avqust, AZƏRTAC
Avqustun 5-də Türkmənistanın paytaxtı Aşqabadda “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə həsr olunan media forum keçiriləcək.
AZƏRTAC xəbər verir ki, forumda bir sıra ölkələrdən informasiya agentliklərinin, qəzet, jurnal, internet portallarının nümayəndələri, televiziya kanallarının əməkdaşları, idmançılar, müşahidəçilər iştirak edəcəklər.
Kütləvi informasiya vasitələrinin və sözügedən sahənin nümayəndələrini bir araya gətirəcək “Amul-Xəzər 2018” mediaforumu Aşqabad Olimpiya Şəhərciyində təşkil olunacaq.
Qeyd edək ki, “Amul- Xəzər 2018” avtoralli yarışları sentyabrın 11-dən 15-dək Amul-Xəzər marşrutu üzrə keçiriləcək. Trasa SSV sinfinə məxsus minik, yük avtomobilləri və kvadrosikllər buraxılacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]